18:56 16 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Танки ВС Азербайджана в городе Агдам. Архивное фото

Cəbhə bölgəsində vəziyyət gərgindir

© AP Photo / Abbas Atilay
AZƏRBAYCAN
Qısa URL
Cəbhə xəttində gərginliyin artması (49)
179251

Müdafiə Nazirliyi: Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

BAKI, 2 aprel-Sputnik. Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində yaranmış son vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.

Sputnik Müdafiə Nazirliyinin saytına istinadla xəbər verir ki, cəbhə bölgəsində vəziyyət kritikdir. MN-in məlumatında bu barədə bildirilir: 

"Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti dəfə təxribat törətməyə çalışıb. Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub.

 Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirilir.

Cəbhəboyu zonada baş verən hadisələrlə bağlı mətbuata və ictimaiyyətə əlavə məlumat veriləcək. Kütləvi informasiya vasitələri nümayəndələrini rəsmi olmayan, dəqiqləşdirilməmiş və qeyri-obyektiv məlumatlardan istifadə etməməyə çağırırıq".

Mövzu:
Cəbhə xəttində gərginliyin artması (49)

Əlaqədar

Cəbhə xəttində yenə atışma olub
Cəbhə xəttində atəşkəs yenə pozulub
Cəbhə xəttində ordunun hazırlığı yoxlanılıb
Cəbhə xəttində yaranmış vəziyyətin geniş müzakirəsi təklif edilir
Teqlər:
artilleriya, Kütləvi informasiya vasitələri, Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, Silahlı Qüvvələrimiz, Atəşkəsin pozulması, atəşkəs, Azərbaycan Müdafiə Nazirliyi

Əsas mövzular