BAKI, 15 yanvar — Sputnik. Ötən ilin yekunlarına görə, Rusiya qazının Avropaya tədarükü 2023-cü illə müqayisədə 18% artaraq, təqribən 53 milyard kubmetr səviyyəyəsinə çatıb.
Bu barədə "RİA Novosti" agentliyi Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Biriçevskinin açıqlamasına istinadən xəbər verib.
"Əlbəttə, bu rəqəm "COVID-19"dan əvvəlki rəqəmlərdən xeyli aşağıdır, lakin hazırkı şəraitdə bu cür tədarük həcmi də Rusiyanın enerji əməkdaşlığında ixracatçı və tərəfdaş kimi etibarlılığının daha bir bariz təsdiqidir" - agentlik nümayəndəsi qeyd edib.
Eyni zamanda, Dmitri Biriçevski əlavə edib ki, Rusiya tərəfi Avropaya qaz tədarük etməyə hazırdır, lakin bu nəqlin perspektivləri "tranzit ölkə və alıcıların – Kiyev və Aİ ölkələrinin mövqelərindən" asılıdır.
Bundan əvvəl Biriçevski bildirmişdi ki, Almaniya hakimiyyət orqanlarından "Şimal axını"nın zədələnməyən qolu ilə qaz nəqlini bərpa etməyə hazır olduqları barədə heç bir siqnal yoxdur.