RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Ukrayna kəşfiyyatı Rusiya ordusuna 1 milyon dollar vəd edib

Доллар США, фото из архива
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Ukrayna hərbi kəşfiyyatı Rusiya hərbçilərinə DXR-in Qorlovkadakı mövqelərini tərk etmələri üçün 1 milyon dollar vəd edib. Lakin Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hərbi əks-kəşfiyyatı bu planların qarşısını alıb. Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir.
"Ukrayna hərbi kəşfiyyatının nümayəndələri rus hərbçilərinə Qorlovka (DXR) şəhərindəki mövqelərini tərk edəcəkləri təqdirdə 1 milyon ABŞ dolları vəd ediblər. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin istəkləri Rusiya FTX-nin hərbi əks-kəşfiyyatı tərəfindən operativ şəkildə müəyyən edilib və nəzarət edilən şəraitə keçirilib. Əks-kəşfiyyatın fəaliyyəti nəticəsində avans olaraq Ukrayna hərbi kəşfiyyatından 100 min dollar alınıb" - məlumatda deyilir.
Qeyd olunur ki, əməliyyat tədbirləri zamanı Ukrayna Silahlı Qüvvələri bölmələrinin cəmləşdiyi ərazilər aşkar edilib. Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin bölmələri Rusiya mövqelərinə qarşı Ukrayna silahlı birləşmələrinin müəyyən edilmiş hərəkət marşrutları üzrə qabaqlayıcı raket və artilleriya zərbələri endirib, düşmən xeyli canlı qüvvə və maddi itki verib.