Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması

Qara qutu qayıtdı: Qazaxıstan Baş prokurorluğu AZAL təyyarəsi ilə bağlı məlumat yaydı

AZAL-a məxsus təyyarənin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılaraq təyyarə qəzası ilə bağlı rəy vermək üçün komissiyaya təhvil verilib.
Sputnik
BAKI, 15 yanvar — Sputnik. Qazaxıstan dekabrın 25-də Aktau yaxınlığında "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı istintaq çərçivəsində Rusiya və Azərbaycana beynəlxalq istintaq əmrləri göndərib.
Bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.
"Hazırda işin tam və hərtərəfli olmasını təmin etmək məqsədilə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hüquqi əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası və Rusiya Federasiyasına beynəlxalq istintaq sifarişləri göndərilib", məlumatda deyilir.
AZAL-a məxsus təyyarənin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılaraq təyyarə qəzası ilə bağlı rəy vermək üçün komissiyaya təhvil verilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezidenti İlham Əliyev çoxsaylı insan itkisindən sonra dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğraması
AZAL-a məxsus təyyarədə qəzaya düşən Rusiya vətəndaşlarının aqibəti necə oldu?