RUSİYA

Vaşinqtonun ritorikasının dəyişməsindən danışmaq tezdir - Peskov

Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. ABŞ Rusiya şirkətlərinin mövqeyini sarsıtmağa davam edəcək, lakin Rusiya buna qarşı dura biləcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Yanvarın 10-da ABŞ Rosatom rəhbərliyinə - dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçova və onun müavinlərinə qarşı sanksiyalar tətbiq edib.
Peskov jurnalistlərə ABŞ sanksiyaları ilə bağlı sualı cavablandırarkən deyib:
"Aydındır ki, Birləşmiş Ştatlar rəqabətədavamlı olmayan yollarla şirkətlərimizin mövqeyini sarsıtmağa davam edəcək. Amma təbii ki, ümid edirik ki, biz bunun qarşısını ala biləcəyik".
Peskov bildirib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmən hakimiyyətə gələnə qədər Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı ritorikasının dəyişməsindən danışmaq tezdir.

"Əlbəttə, biz bu müsahibələri ən diqqətli səviyyədə izləyirik, ancaq bunun ritorikada dəyişiklik olub-olmaması barədə rəsmi təyinatlardan cəmi bir həftə sonra danışmaq olar. Qarşıdakı yeddi gündə prosesə Co Bayden və onun komandası rəhbərlik edəcək. Rusiya üçün təhlükəsizlik təminatları Ukrayna nizamlanması üzrə mümkün danışıqların tərkib hissəsidir. Ukrayna üzrə danışıqların bərpası üçün hələlik heç bir ilkin şərt yoxdur; Kiyev danışıqlardan imtina edir", - Peskov qeyd edib.

Rusiya tərəfi ABŞ-ın Rosatom rəhbərliyinə qarşı sanksiyaları əsassız və qeyri-qanuni xarakterli adlandırıb və bildirib ki, bunu dost olmayan dövlətlərin haqsız rəqabət elementi kimi qəbul edir. Rosatom sanksiyalar rejiminə uyğunlaşdığını, hadisələrin istənilən inkişafına hazır olduğunu və eyni zamanda tərəfdaşları qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməyə davam edəcəyini vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.