YAZARLAR

Ukrayna terroru Avropaya gəlib çatıb

Avropalıların böyük səyi nəticəsində yetişdirdikləri və bəslədikləri Ukrayna terroru artıq Avropanın həyatına da neqativ təsirini göstərməkdədir.
Sputnik
BAKI, 14 yanvar — Sputnik. Kiyev Avropa birliyi dövlətlərinin maraqlarının, Rusiya qazının tranzitinin, Zelenskinin özünün və yaxın ətrafının fiziki gələcəyinin sıx qarışdığı oyunda dəyərləri sürətlə artırmağda davam edir. Rusiya Müdafiə Nazirliyi bildirib ki, yanvarın 11-də Krasnodar diyarında "Russkaya" kompressor stansiyasına kütləvi hava zərbəsi cəhdi uğurla əks olunub. Göy mühafizəçilərimiz Qay-Kodzor yaşayış məntəqəsinin ərazisinə uçan doqquz pilotsuz aparatın hamısını vurublar. Xoşbəxtlikdən stansiya işçiləri arasında yaralanan yoxdur, mavi yanacaq normal rejimdə istehlakçılara ötürülür.
Bir detal olmasaydı, bu son üç ildə baş verən hadisələrin fonunda tamamilə adi bi hal kimi görünərdi. "Russkaya" qaz ölçmə stansiyası "Türk Axını"nın - Rusiya karbohidrogenlərinin Avropaya ixrac edildiyi son nəqliyyat magistralının işini təmin edir.
Məsələ ilə bağlı çox şey demək olar. Amma təqdimatın obyektivliyi naminə sözü əvvəlcə avropalıların özlərinə verəcəyik. Macarıstanın xarici işlər naziri Peter Siyarto operativ bəyanatla çıxış edib. O bildirib ki, "axın"ın qaz infrastrukturuna hücum qaz alan ölkələrin suverenliyinə edilən hücumdur, çünki həm Macarıstanın özünün, həm də bütövlükdə Mərkəzi Avropanın enerji təchizatı (oxu: iqtisadiyyatın qorunması) cənub marşrutu olmadan mümkün deyil.
Qeyd etmək olar ki, Macarlar və Slovaklar da cavab olaraq açıq qarşıdurmaya gedirlər, çünki cəmi bir neçə gün əvvəl Siyarto slovakiyalı həmkarı Yuray Blanarla birgə bəyanatla çıxış edib. Zelenskiyə xatırladılıb ki, Avropa Assosiasiyası Sazişinin bəndlərindən birinə görə, Ukrayna Rusiya qazının öz ərazisindən fasiləsiz tranzitini təmin etməyi öhdəsinə götürür. Nəzərə almaq lazımdır ki, bu müqavilə on il əvvəl imzalanıb, lakin nə Brüssel, nə də Kiyev əvvəllər bu şərt haqqında danışmayıblar. Hazırda onun informasiya səhnəsinin önünə çıxarılması çox şeydən xəbər verir.
Bu bəndin 2025-ci ilə qədər sazişdən çıxarılmaması faktı Avropa İttifaqının Rusiya Enerji resurslarından imtina etməkdə real uğurlarını əyani şəkildə nümayiş etdirir. Daha doğrusu, Berliner Zeitung "Novatek"in illik hesabatına istinadən birbaşa yazdığı kimi, onların tam olmaması. Cari mövsümdə Avrozona ölkələri tərəfindən Rusiyadan maye qazın alınması bütün rekordları qırır. Əsas səbəb bizim mayeləşdirilmiş təbii qazın (MTQ) ucuzluğudur. O, təbii olaraq, boru kəməri qazından bahadır. Lakin o amerikalı analoqundan hətta ABŞ-ın daxili bazarındakı qiymətlə müqayisədə daha ucuzdur. Yəni hələ transokeanik daşımalardan sonra onun qiyməti qalxmazdan belə. Rusiya LNG-si Avropaya orta hesabla bir milyon britaniya istilik vahidi üçün 4,7 dollar (min kubmetr üçün 170 dollar) qiymətinə idxal olunur.
Avropa paytaxtları bilirlər ki, Rusiyanın MTQ-si Köhnə Dünya ölkələrinin iqtisadiyyatları üçün xilasedici vasitə kimi yeganə variantdır, ona görə də Novatek bu ilin sonuna qədər maye qaz hasilatını üç dəfə artırmağı planlaşdırır.
Kiyev "Türk axını"na zərbə vurmaq əmrini verərkən nəyi rəhbər tutduğunu söyləmək çətindir. Tutaq ki, Zelensky və ətrafı o qədər çıxılmaz vəziyyətdədirlər ki, Brüssellə münasibətləri açıq zərər və şantaja çevirərək avrointeqrasiya ilə bağlı öz ümidlərini şüurlu şəkildə basdırırlar. Axı zərbə öz məqsədinə çatsaydı, o, enerji nokdaununa təkcə Kiyevin açıq düşmənçilik etdiyi Macarıstan və Slovakiyanı göndərməyəcəkdi. Boru öz ehtiyacları üçün kəmərdən dörd milyard kubmetrdən çox qaz götürən Türkiyə ərazisindən keçir. Daha sonra Bolqarıstan, Serbiya və Macarıstandan keçməklə davam edir. Onların hər biri daimi müqavilələr əsasında qazın ümumi həcminin bir hissəsi alırlar. Bundan əlavə, qaz regional interkonnektorlar şəbəkəsi vasitəsilə Rumıniya, Moldova, Makedoniya və Xorvatiyaya verilir. Oraya gedən qalıq həcmlər az olsa da, onların itkisi hər halda yerli iqtisadçıları və sənayeçiləri sevindirməyəcək, çünki onlar artıq enerji resurslarının alınması xərclərini illik planlarına daxil ediblər. Və hətta məsələ daha çox xərcdən yox, təbii qazın qıtlığından gedir. Avropada qış olduqca soyuq keçir, yeraltı anbarlar sistematik olaraq boşalır, birjadakı qiymətlər isə sabit olaraq payızda gözlənilən qiymətlərdən daha yüksək göstəriciləri fəth edir.
Yerlərdəki şirkətlər vəziyyətdən istifadə edərək, qiymətləri qaldırır və süni çatışmazlıq yaradırlar. Əvvəllər bütün problemləri pis rusların hiylələri ilə əlaqələndirmək olurdu. İndi isə vəziyyətdən çıxmaq üçün bir yol tapmaq lazımdır. Belə şəraitdə Çexiya prezidenti Pyotr Pavel, xüsusi vasitəçiləri sxemdən kənarlaşdıraraq avrozona ölkələrinin enerji təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün qaz anbarlarının milliləşdirilməsini təklif edir.
Bütün bu hesablamalar və rəqəmlər Kiyevdə məlumdur, ona görə də "Türk axını"nın fəaliyyətini təmin edən stansiyaya hücum çılpaq terrordan başqa bir şey deyil. Amma Ukraynanın on ildir ki qoşulmağa çalışdığı və üç ildir ki onu silah və sursatla təmin edən Aİ-ə qarşı yönəlmiş şantaj dolu terror aktı. Donald Tramp Kiyevə hərbi yardımın məbləğinə yenidən baxacağı ilə hədələyib. Ştatlara nəzər salan Avropanın siyasi elitası da oxşar təklifləri səsləndirməyə başlayır. Əlbəttə ki, Zelenski bundan qəti narazıdır, çünki yalnız müharibə davam etdikcə o hakimiyyətdə qalacaq.
Yüksək ehtimalla baş verənlər, Ukraynaya həmişə əsəbi və həyasız bir dilənçi kimi baxan Avropa Birliyi ilə münasibətlər də daxil olmaqla, itirəcək heç bir şeyi qalmayan küncə sıxılmış siçovulun ümidsizlik sıçrayışını xatırladır. "Türk Axını"nın polad boruları ərazisindən keçən bütün dövlətlərin böyük xoşbəxtliyindən, Rusiya öz səmasının təhlükəsizliyini təmin etməklə, həm də xarici ixrac müqavilələrinin, yəni alıcı ölkələrin maraqlarının qorunmasına xidmət göstərir.
Buna rəğmən çox istərdim ki, müharibənin qərbli sponsorları Rusiyaya qarşı səylə yetişdirlikləri və bəslədikləri Ukrayna terrorizminin bütün ləzzətlərini öz üzərində də hiss etsinlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.