YAZARLAR

Qurd və üç donuz balası: Vaşinqton müttəfiqləri üçün yeni rol müəyyən edir

ABŞ-ın yeni administrasiyası ölkə ərazisini genişləndirmək, sərvətlərini isə artırmaq niyyətindədir: lazım gələrsə dünənki müttəfiqləri hesabına.
Sputnik
Aleksandr Yakovenko, Nadir Şəfiyev
Trampın QrenlandiyaPanama kanalı ilə bağlı iddiaları, eləcə də Meksika Kanadanın ABŞ-a birləşdirilməsi haqqında bəyanatları bizim II Dünya müharibəsindən sonrakı suverenlik, sərhədlərin toxunulmazlığı və sairə kimi adi koordinat sistemində ekstravaqant görünə bilər. Amma buna fərqli bucaq altında baxdıqda hər şey daha real görünür. Xüsusilə etiraf etsək ki, Vaşinqtondakı mövcud hakimiyyət dəyişikliyi həm daxili, həm də xarici siyasətdə inqilabın baş verdiyinə dair bütün əlamətlərə malikdir. Son üç ildə müşahidə etdiyimiz kimi, təkcə ABŞ üçün deyil, dünyanın bir çox ölkəsi, o cümlədən bütün Qərb ölkələri üçün söhbət, dünyada gedən tektonik dəyişikliklər dövründə mövcudluğu mümkün olmayan status-kvonun qorunmasından yox, keyfiyyətcə dəyişmiş yaşayış mühitində mövcudluğunu qoruyub saxlamaqdan gedir.
İş burasındadır ki, bu il müharibədən sonrakı Yalta-Potsdam sisteminin 80 yaşı tamam olacaq. Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun 2025-ci il üçün proqnozunda bildirilir ki, bu sistem bütün "müqavilələri və təsisatları ilə"... "demək olar ki, tamamilə çöküb". SSRİ və Yuqoslaviyanın dağıldığına, Soyuq müharibə bitdikdən sonra dünyada yeni düzəni müəyyənləşdirə biləcək Avropadakı vəziyyəti formal olaraq tənzimləyən razılaşmanın əldə edilməməsinə nəzər saldıqda, bu fikirlə razılaşmamaq çətindir.
Lakin bu, "məğlub" Rusiya ilə danışıqlara ehtiyacın olmadığını düşünən Qərbin günahı üzündən baş tutmayıb. Hər şey olduğu kimi qalıb. NATO və Avropa İttifaqı genişlənməkdə davam edirdi ki, bu da Qərb hegemonluğunun bütün dünyaya avtomatik yayılması üzrə hesablamanın xüsusi halı idi. İndi hətta amerikalı politoloqlar (məsələn, Barak Obamanın spikeri Ben Rods) açıq şəkildə etiraf edirlər ki, artıq heç bir liberal nizam qalmayıb. Və bu reallıq nəzərə alınmalıdır.
Bəlkə də bütün bunları etiraf etmək bizim üçün daha asandır. Çünki "birqütblü məqamda" və ya başqa sözlə desək, ABŞ/Qərb qlobal imperiyasında illüziyalardan başqa heç bir payımız yox idi. Həmin vaxt qeyri-rəsmi Pax Americana, BMT-nin mərkəzi rolu ilə rahat şəkildə birlikdə yaşayırdı. Amma zaman dəyişib. Amerika istebleşmentinin Rusiya, Çin və bütün Qlobal Cənubun "geosiyasi çağırış"ına verdiyi reaksiyaya əsasən söyləmək olar ki, Qərbin imperiya ideyası ətrafında birləşərək manual idarəetməyə keçməsi vaxtıdır.
Tarixin öz əhəmiyyətini bərpa etdiyi haqqında tezisi ilə heç kim mübahisə etmir. Hələ 19-cu əsrdə çoxları, o cümlədən Nikolay Berdyayev Yeni Orta əsrlər və yeni feodalizm haqqında yazırdılar. Hətta bizim dövrümüzdə də eyni postmodernistlər tarixin bədnam kommunist və liberal-kapitalist sonlarına çatdığı üçün sarkaçının əks istiqamətdə yellənəcəyini proqnozlaşdırırdı.
Bəs tarixdə nələr baş verib? Monro doktrinası var idi ki, amerikalılar Panama kanalını tikmək üçün Kolumbiyadan "öz müqəddəratını təyin etməklə" Panamanı qopardılar. İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatlar bütün keçmiş qərb imperiyalarına sahibləndi. Londondan müstəqillik müharibəsi kimi də tanınan Amerika İnqilabı var idi. Sonra 40.000 amerikalı İngilis tacına sadiq qalmağı seçdi və 1867-ci ildə Kanada Konfederasiyasını elan etdi. Vaşinqton 1812-1814-cü illərdə Böyük Britaniya ilə müharibədə Kanadanı fəth etməyə uğursuz cəhd göstərdi. 19-cu əsrin ortalarında İspaniya ilə mübarizədə işlər daha uğurlu oldu. ABŞ Floridanı ilhaq edib Filippində öz hökmranlığını qurdu. Luiziananı Napoleondan, Alyaskanı isə Rusiyadan satın aldı.
Bunların yeni respublikaçılar administrasiyasının bəyan etdiyi "əməliyyat diplomatiyasından" nəyi fərqlidir ki? Beləliklə, tarixə qayıdış başlanıb: sadəcə dünyanın belə radikal və kinayəli şəkildə yenidən qurulması üçün şərait yetişməli idi ki, bununla bağlı keçid dövrü uzandı.
Bundan başqa, Amerikanın avropalı müttəfiqlər hesabına yenidən sənayeləşməsi ən azı 600 milyon nəfərlik zəmanətli bazar tələb edir. Hələ bitkoin istehsalı və süni intellektin tələb edəcəyi resurslar, o cümlədən enerji haqqında demirik. Bu baxımdan əhalisi az olan Kanadanın vəziyyəti daha yaxşıdır. Üstəlik, hələ də inkişaf etdirilməli olan Kanadanın Arktika arxipelaqı Alyaska və Qrenlandiya ilə birlikdə Arktikaya Rusiya ilə müqayisə oluna biləcək perspektivli çıxışı təmin edir. Belə olan halda Ottavanın əlavə müdafiə xərclərinə ehtiyac qalmayacaq. Bu Vaşınqtonun NATO üzrə müttəfiqlərdən xərcləri ÜDM-nin 5%-dək qaldırılması tələbi fonunda ciddi üstünlük kimi dəyərləndirilə bilər.
Nəhayət, hər şeyi iqtisadiyyat həll edəcək. Vaşinqtonun iki güclü rıçaqı var: dollar və onun bazarına çıxış. Üçüncü məsələ sanksiyalar vasitəsi ilə təzyiqdir: Rusiya buna tab gətirərək başqalarının nə ilə üzləşə biləcəyini göstərdi. Heç də hər ölkə Rusiya kimi özünü təmin edəcək imkanlara malik deyil. Mexiko və Ottavanın miqrasiya və narkotik ticarəti ilə bağlı sərhəddəki problemləri də özünü biruzə verəcək. Qərb cəmiyyətinin mürəkkəb böhranı çərçivəsində rejimlərin dəyişdirilməsi də müttəfiqlərlə iş aparmaq üçün alətlərdən birinə çevrilib. İngiltərədəki islahatlar tərəfdarlarını dəstəkləyən İlon Mask bunu gizlətmir. O bütün beş anglo-sakson ölkəsinin birləşməsi təklifi ilə çıxış edir ki, bu da əslində Britaniya imperiyasının fərqli rəhbərlik altında birləşdirilməsi kimi görünür.
Yadda saxlamaq lazımdır ki, İkinci Dünya Müharibəsi zamanı Kanadanın sənayeləşməsi məhz amerikalıların hesabına həyata keçirilib. Daha sonra onlar Ottavanı Auto Pact vasitəsi ilə özlərinə bağladılar. Oxşar siyasət Meksika ilə bağlı da həyata keçirildi. Hər iki ölkəni gələcəkdə, Trampın ilk prezidentliyi dövründə yenidən formatlaşdırdığı üçtərəfli azad ticarət zonasının yenilənməsi gözləyə bilər. Bir vaxtlar Pyotr Stolıpin Lev Tolstoyla polemikada yazırdı ki, "yoxsulluq köləliyin ən pis formasıdır". Buna görə də qərb ölkələrindəki ideoloji cəhətdən amerikalı mühafizəkarları ilə əlaqəli olan siyasi qüvvələrin xəyali suverenliyi (Avropada bu, xüsusilə 1945-ci ildən sonra gözə dəymirdi) və öz vətəndaşlarının Amerika hesabına təmin edilə biləcək rifahı arasında uzun müddət seçim edəcəkləri ehtimalı azdır. Onsuz da müdafiə məsələsi tamamilə Amerikadan asılı vəziyyətdədir.
ABŞ-ı bürümüş "mühafizəkar dalğanın" mənşəyinə nəzər saldıqda güman edə bilərik ki, Şimali Amerikada, Qərb yarımkürəsində və s. hətta transkontinental formatda Vaşinqton bizim fərqli, dövlətlərarası əsasda yaradılmış Böyük Avrasiya tərəfdaşlığı ideyamızı təqlid edir (bu, BRİKS-ə də aiddir). Ancaq burda qərb elitalarının, Qərbi və onun həyat tərzini "avtoritar" Rusiya və Çindən xilas etmək vaxtının çatdığı çağırışı ilə özlərini saldıqları daha bir tələ bağlanır: Qərb birliyinin/həmrəyliyinin keyfiyyətcə yeni mərhələsinə keçməkdən başqa yol yoxdur.
Bu, hərtərəfli azad ticarət zonası, valyuta zonası və daha çox şey ola bilər. Amma mahiyyət eynidir: Qərbdə suverenlik vaxtı bitdi. Ümumi sərmayyə qoyuluşları həyata keçirilməlidir. Blackrock kimi Amerika meqa-fondları artıq sistem əhəmiyyətli banklar və müttəfiq şirkətlərdəki paylara nəzarət etmək və bloklamaq hüququ əldə etmək üçün zəruri paketləri əldə etmək üçün sərmayə qoyuluşuna başlayıblar.
Buna görə də, qərbin donuz balası özünə nə qədər arıq görünsə də, anglo-sakson canavarına qəbuldur. Məsələ ilə bağlı qərarı qərb ölkələrinin seçiciləri verəcək. Amma Tanrıya şükürlər olsun ki, nəhayət başları öz işlərinə qarışıb! Görək bu vəziyyətdən necə çıxacaqlar. Əsas odur ki, əl-ayağa dolaşmasınlar. Biz isə istənilən ölkə ilə suveren, dövlətlərarası münasibətlər əsasında əməkdaşlığa həmişə açığıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.