DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan növbəti dəfə prezidentliyə namizəd olacağını İbrahim Tatlısəsin dili ilə dedi

Ərdoğan növbəti dəfə prezidetliyə namizəd olacağı barədə dialoqun ardından İbrahim Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub.
Sputnik
BAKI, 12 yanvar - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.
Yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.
Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.
“Əgər sən varsansa, varam” - deyə Ərdoğan cavab verib.
İbrahim Tatlısəs də öz növbəsində, "ölümünə varam" deyib. Bundan sonra Ərdoğan Tatlısəslə birlikdə "Urfalıyam" mahnısını oxuyub.
Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.