DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şoltsun Ukraynaya yeni yardım paketini bloklamasına Kremldən münasibət

Rusiya Donald Trampın Ukraynadakı münaqişənin həlli niyyətlərini alqışlayır.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinq zamanı Rusiyanın Qərb ölkələrinin Kiyevə yardım göstərməklə bağlı yanaşmalarında fikir ayrılıqlarını qeyd etdiyini söyləyib. O, Almaniya kansleri Olaf Şoltsun Ukraynaya yeni hərbi yardım paketinin bloklanmasını belə şərh edib.
Bu barədə Rusiya mediası xəbər verib.
Kremlin nümayəndəsi qeyd edib ki, Rusiya Federasiyası Ukrayna münaqişəsi ilə bağlı bir çoxlarına məlum olan dəfələrlə səsləndirdiyi mövqeyini qoruyub saxlamağa davam edir. Bundan əlavə, Peskov hesab edir ki, Rusiya siyasətçiləri ABŞ-ın seçilmiş Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həll etmək niyyətlərini alqışlayırlar.
Rusiya liderinin mətbuat katibi həmçinin Vladimir Putinin Donald Trampla şəxsi dialoqa və heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu vurğulayıb.
"Bunun üçün heç bir şərt tələb olunmur. Dialoqa girmək və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur", Peskov deyib.
Bu yaxınlarda Peskov Litva rəhbərinin Kalininqradla bağlı sözlərinə də münasibət bildirib. O vurğulayıb ki, bu cür bəyanatlar Moskvanın təhlükəsizlik tədbirlərinə tam haqq qazandırır.