DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Deputat: Ukraynadakı münaqişə ilə bağlı Rusiyaya ABŞ-dan heç bir güzəşt tələb olunmur

Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb.
Sputnik
BAKI, 10 yanvar — Sputnik. Rusiya tərəfinin Ukrayna ilə bağlı amerikalılardan hər hansı bir güzəştə ehtiyacı yoxdur.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa "Lenta.Ru"ya müsahibəsində deyib.
"Bizim heç bir güzəştə ehtiyacımız yoxdur. Biz onlardan heç nə xahiş etmirik. Bizim dəqiq mövqeyimiz var və ona həmişə əməl etmişik və bundan sonra da edəcəyik", deputat bildirib.
Aleksey Çepa mövqeyinin ötən il açıq və aydın şəkildə ifadə olunduğunu vurğulayıb.
"Buna görə də heç nə istəməmişik və bundan sonra da istəmirik. Putin isə Trampla danışmayıb. Ona görə də bu barədə nəsə demək hələ tezdir", Aleksey Çepa əlavə edib.
Deputat vurğulayıb ki, Rusiya qoşunları hər gün getdikcə daha çox mövqe tutur və yeni əraziləri azad edirlər.
Bu yaxınlarda ABŞ-ın seçilmiş prezidentinin administrasiyasının Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Donald Tramp Ukrayna münaqişəsinin həlli məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.