BAKI, 10 yanvar - Sputnik. “Şahdəniz” yatağının texniki operatoru olan “BP-Azerbaijan” şirkəti kondensatın nəqli üçün nəzərdə tutulmuş sualtı boru kəmərindəki texniki nasazlıq səbəbindən "Alpha" platformasının işini dayandırıb.
Bu barədə “BP-Azerbaijan” mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı Report-a bildirib.
"Platformanın özündə heç bir problem yoxdur. Texniki problem "Alpha" platformasını Səngəçal terminalı ilə birləşdirən kondensatın nəqli üçün sualtı boru kəmərində yaranıb. Bu səbəbdən biz bu platformanın işini dayandırmışıq" - T.Bayatlı qeyd edib.