DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Suriyaya 500 milyard dollar zərər dəydiyini bildirib

Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb etdiyini izah edib.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, son 13 ildə Suriyaya dəyən ziyan 500 milyard dollardan çox olub. O, ərəb dövlətlərini viran olmuş ölkənin bərpasına dəstək verməyə çağırıb.
Bu barədə o, yanvarın 7-də Ankarada çıxış edərkən danışıb.
"13 il ərzində baş verən kütləvi qətlin Suriyaya vurduğu ziyan 500 milyard dolları ötüb... Oraya səfər edən komandalarımızın fikrincə, yerlərdəki mənzərə gözləniləndən qat-qat pisdir" - Ərdoğan bildirib.
O qeyd edib ki, Suriyanın ərəb və İslam dünyasının dəstəyinə ehtiyacı var: "Beynəlxalq ictimaiyyətin ölkənin yenidən qurulması prosesinə daha çox töhfə verməsi vacibdir".
Ərdoğan Türkiyə-Suriya sərhədinin 910 kilometr olduğunu da xatırladıb və beləliklə, Suriyadakı hadisələrin Ankara üçün niyə hər cəhətdən xüsusi maraq kəsb etdiyini izah edib.
Bundan əvvəl bildirilmişdi ki, Ankara və Dəməşq Suriyada kürd yaraqlıları silahı yerə qoymaqdan imtina edəcəyi təqdirdə onlara qarşı birgə əməliyyat keçirməyə hazırlaşırlar.