YAZARLAR

Onda heç kim qalib gəlməyəcək: Qərb Rusiya ilə birlikdə məhv olmaq qərarına gəlib

Qərb getdikcə daha çox çarəsizliyə qapıldığı bir vaxtda, Rusiyaya gələcəyə ümidlə baxır.
Sputnik
Kirill Strelnikov, Nadir Şəfiyev
Kollektiv Qərb həmişə öz iradəsini uzaq gələcəyə proyeksiya etmək bacarığı ilə fəxr edib, düşmənlərini daxildən və ya xaricdən hərbi güc vasitəsilə gizlicə məhv etməyə çalışıb.
Lakin Rusiyanın bizi strateji məğlubiyyətə uğratmaq planlarına sərt cavabından sonra bu yaxşı işləyən sxemdə nə isə dönməz şəkildə pozuldu. Və əvvəllər "tarixin sonu" kimi təqdim olunan zəfər planları və proqnozları indi layiqli bir şirkətdə "meydan sulamağa" cəhd göstərən səviyyəsizin sızıltısı səviyyəsinə qədər endi.
Bəs rəqiblərimiz bu dəfə şam ağacı altında nə arzuladılar?
Qərbin informasiya sahəsindəki Yeni il və Milad nəşrlərinə görə, gələn il "sehrli bağda bir milyon qızılgül əkiləcək və rus agentləri tutulacaq" kimi gözləntilər əvəzinə ümidsizliyə çevrilən bədbinlik hökm sürür.
US News: "ABŞ-da yüksək inflyasiya riski artacaq və əsas tərəfdaşlarla ticarət müharibələri gözlənilir".
Axios: "Amerika böyük qarışıqlıqla üz-üzədir."
Euronews: "Xarici təzyiqlər Aİ üzvləri arasında parçalanmanı artıracaq. Aİ-nin iki ən böyük iqtisadiyyatında - Almaniya və Fransada çıxılmaz siyasi vəziyyət Aİ-ni strateji liderlikdən məhrum edəcək".
SocialEurope: "Tramp və Putinin idarə etdiyi dünyada Qlobal Cənubla münasibətləri bərpa etmədikcə Aİ-nin gələcəyi yoxdur".
ECFR (Avropa Xarici Əlaqələr Şurası): "Avropada 2015-ci ilin rəqəmlərini kölgədə qoyacaq miqrasiya partlayışı gözlənilir (Suriya və Ukraynadan gələn axınlar on qat artaraq)".
Neue Zürcher Zeitung: "Avropada sülhə ümid yoxdur".
Politico isə daha uzağa gedərək proqnozları üçün peşəkar futuroloqları dəvət edib və onlar kristal kürələrə baxəb Rusiyanın məğlubiyyətini deyil, Qərb birjasının böhranını, dağıdıcı epidemiyaları, qlobal kiberhücumları və genişmiqyaslı iqtisadi müharibələri görüb.
Ən maraqlısı odur ki, bu artıq reallaşmağa başlayıb. Deyimə görə isə, ilə necə qarşıladınsa, eləcə də keçirəcəksən:
siyasi və iqtisadi böhran fonunda Trüdo Kanadanın Baş naziri və Liberal Partiyasının lideri vəzifəsindən istefa verir;
Fransa və Almaniya sistemli böhrana qərq olur;
Avstriyada ultrasağçı kansler olacaq. Avropa mediası Ukraynaya yardımın əleyhdarı olan siyasətçini Hitlerlə müqayisə edir;
anti-Rusiya sanksiyaları və Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması fonunda Avropa ölkələrində mavi yanacağın qiyməti 20% artıb və onun Avropa anbarlarında həcmi 2018-ci ildən bəri ən sürətlə azalır.
Və sair və i.a.
Ukrayna münaqişəsində Qərbin Rusiya üzərində qələbəsi perspektivləri də getdikcə puç olur: Ramşteyndən əvvəl Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk bölgəsində yeni media əməliyyatına cəhd uğursuzluqla nəticələndi; Kuraxov qazanı içində olanlarla birlikdə çökdü və nəticədə Dnepropetrovska aparan yol açıldı; ordumuz irəliləyir; USQ-nin itkiləri o qədərdir ki, hər hansı qeydlər ləğv edilib və 18 yaşlı gənclərin də səfərbərliyi ilə bağlı qərar istənilən gün elan edilə bilər; Bayden tərəfindən 20 yanvara qədər Ukrayna üçün reallaşdırdığı silah tədarükü də vəziyyəti dəyişmir və dəyişməyəcək. Bununla bağlı hətta Makron "Ukraynaya Rusiyanın nəzarət etdiyi bütün ərazilərin qaytarılmasını nəzərdə tutan plandan əl çəkməyi təklif etdi".
"Ukrayna/anti-Rusiya" layihəsinin alt-üst olması və Qərb üçün açıq-aşkar mənfi tendensiyalar fonunda rəqiblərimizin "ölü əl" konsepsiyamızı bir az kopyalamağa qərar verdiyinə dair bütün əlamətlər göz qabağındadır. Qərbin dağılacağı tam aydınlaşarsa, onda bəzi qüvvələr "heç kimə qalmasın" qərarını verməklə nüvə zərbələrinin mübadiləsi prosesinə başlaya bilər.
Hələ noyabr ayında bu ifrat variantı ABŞ Strateji Komandanlığının (STRATCOM) nümayəndəsi admiral Tomas Byukenan qeyd etmişdi və o, məhdud nüvə zərbələri konsepsiyasını müzakirə edərkən bildirmişdi ki, "biz belə bir ssenariyə hazırıq". Buna görə də, Politico-nun 2025-ci il üçün futuristik proqnozlar siyahısında kiçik çapla yazılmış əlavə bir maddə var: "Nüvə silahlarının mümkün istifadəsi".
Ancaq belə bir fikir var ki, bunlar Ukrayna ilə bağlı danışıqlar ərəfəsində Rusiyaya psixoloji təzyiq göstərmək üçün sonuncu cəhdlərdir, çünki hətta Qərbdə də Rusiya ilə nüvə oyunlarının uçuruma aparan yol olduğunu başa düşənlər çoxdur. NATO-nun Kütləvi qırğın silahlarına nəzarət mərkəzinin keçmiş rəhbəri Uilyam Alburk "minlərlə ballistik və qanadlı raketlər, elektromaqnit silahları və batırma sistemləri" ilə ABŞ-a Rusiyanın hipotetik nüvə hücumunu təsvir edərək, bildirib ki, "bundan dəli olmaq olar".
Yeni il ərəfəsində futuroloqlar və proqnozlaşdırıcılarla sərsəm planlar qurmağa üstünlük verən Qərb liderlərindən fərqli olaraq, Rusiya prezidenti Vladimir Putin yeni il təbrikində bütün rusiyalıların razılaşdığı sadə bir proqnoz verdi:

"Ölkəmiz müstəqil, azad, güclüdür və ən çətin çağırışlara cavab verə bildi. Və indi, yeni il ərəfəsində, biz gələcək haqqında düşünürük. Hər şeyin yaxşı olacağına əminik. Biz yalnız irəli gedəcəyik. Biz birlikdə olanda hər şey gerçəkləşəcək".

Bu isə o deməkdir ki, biz yaşayacağıq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.