BAKI, 6 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Vladimir Zelenskinin bloger Leks Fridmanla söhbətində anqlosakslarla korrupsiya əlaqələrini etiraf etdiyini bildirib.
Bu barədə Zaxarova "Telegram" kanalında yazıb.
Diplomatın sözlərinə görə, Zelenski "artıq heç nəyi anlamır".
"Ancaq onun Trampa "silah müqabilində başqalarının pulunu" təklif etməsi Zelenskinin anqlosakslarla köklü korrupsiya əlaqələrindən xəbər verir. Bildiyimiz kimi Bayden kiyev rejimini bu əlaqlərdən asılı vəziyyətə salıb", - Rusiya XİN-in sözçüsü qeyd edib.
Zaxarova həmçinin hesab edir ki, üç saatlıq müsahibə "neonasizmin və terrorizmin narkotik uydurmalarla qarışığıdır".