DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Berbok: Suriyaya yardım qadın hüquqlarının qorunmasından asılı olacaq

Almaniya Suriya rəhbərliyini qadınların hüquqlarına hörmət etməyə çağırır.
Sputnik
BAKI, 6 yanvar — Sputnik. Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin "İslam strukturlarına" pul göndərməyəcəyini bildirib.
Bu barədə diplomat "Funke" nəşrinə müsahibəsində deyib.
"Əgər Suriyada qadınlar təhlükəsiz deyillərsə, o zaman milyonlarla savadlı kişi və qadın ölkəni yenidən qurmaq üçün xaricdən heç vaxt vətənlərinə qayıtmayacaqlar", Burbok qeyd edib.
Diplomat vurğulayıb ki, o, ölkənin yeni rəhbərliyi ilə görüşdə qadınların hüquqlarının qorunmasını müzakirə edib. Yeri gəlmişkən, Berbokun Suriyaya səfəri qalmaqala çevrilib.
Xatırladaq ki, Almaniya xarici işlər naziri Suriyaya fransalı həmkarı Jan-Noel Barro ilə gedib. Qarşılayan tərəf hava limanında Berbokun əlini sıxmayıb, daha sonra nəşr olunan fotoşəkillərdə alman diplomatının üzü bulanlıq paylaşılıb, üstəlik, fotoşəkillərdə Berboku müşayiət edən iki tərcüməçi də retuş edilib.