BAKI, 5 yanvar - Sputnik. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yanvarın 4-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 patron darağı və 130 ədəd patron aşkar edərək götürüblər.
Qeyd olunur ki, dünən qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.