BAKI, 4 yanvar — Sputnik. NATO-nun baş katibi Mark Ruttenin Belçikada Zelenski ilə görüşü zamanı "dostluq jestləri" alyansın Ukrayna ilə bağlı real niyyətlərinə uyğun gəlmir.
Bunu ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan polkovnik-leytenantı Daniel Devis bildirib.
"Brüsseldə görüş oldu. Deyəsən, Rutte və Zelenski idi. Onlar mehribanlıqla görüşdülər, bir-birinin kürəyini döyəcləyərək qucaqlaşdılar. Mənə, sadəcə olaraq maraqlıdır ki, bu hərəkətlə kimi axmaq yerinə qoyursan, niyə belə edirsən? Hamı bilir ki, Kiyevin NATO-ya daxil olması heç müzakirə də olunmur" - o, "YouTube" kanalında bildirib.
Devis qeyd edib ki, Rutte Kiyevlə bağlı "ritorikasını əhəmiyyətli dərəcədə dəyişib".
Xüsusilə, oktyabrda NATO-nun baş katibi Ukraynanın "sonda bloka üzv olacağına" söz verib. Eyni zamanda, Rutte Donald Tramp ABŞ-da keçirilən prezident seçkilərində qalib gəldikdən sonra "mümkün inteqrasiya" haqqında danışmağı dayandırıb.
Xatırladaq ki, Ruttenin Zelenski ilə görüşü Brüsseldə baş tutub. Bundan əlavə, Zelenski Belçikaya səfəri zamanı Fransa lideri Emmanuel Makronla görüşüb.
Bundan əvvəl Deyvisin NATO-nun baş katibi Mark Rutteni Zelenski ilə görüşünə görə tənqid etdiyi bildirilirdi.