İQTİSADİYYAT

Bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Tranzitlə keçib respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Bolqarıstanın Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, ABŞ-nin Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına məhdudiyyət qoyulub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə Azərbaycan ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.