BAKI, 24 dekabr — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin məkanında ümumi daxili məhsul (UDM) artır - 2024-cü ilin doqquz ayı ərzində ÜDM-in artım tempi 4,2% təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyası (AİK) məlumat verib.
"2024-cü ilin 9 ayının yekunlarına əsasən, Avrasiya İqtisadi İttifaqının bütün ölkələrində ümumi daxili məhsulun artımında müsbət dinamika müşahidə olunmağa davam edir (Ermənistanda 6%, Belarusda 4,5%, Qazaxıstanda 4,1%, Qırğızıstanda 8,4%, Rusiya 4,2%), bu dövrdə Aİİ-nin ÜDM artım tempi isə 4,2% çoxalıb", - məlumatda deyilir.
Qeyd olunan dövrdə İttifaqın bütün ölkələrində iqtisadi artımın əsas amilləri topdansatış və pərakəndə ticarət, emal sənayesi və tikinti sahələri olub.
İqtisadi artımın yüksək templəri Belarus və Qazaxıstanda kənd təsərrüfatı, Qırğızıstan və Rusiyada isə maliyyə və sığorta fəaliyyəti ilə dəstəklənib.
Aİİ 2015-ci il yanvarın 1-dən fəaliyyət göstərən beynəlxalq inteqrasiya iqtisadi birliyidir. Onun iştirakçıları Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstandır. Kuba, Moldova və Özbəkistana müşahidəçi statusu verilib. Bu, malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkəti ilə ən böyük iqtisadi birliklərdən biridir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.