BAKI, 22 dekabr - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Yeni il üçün dostları və ailəsi ilə ənənəvi "Olivye" salatı hazırlayacaq. Bu barədə RİA Novosti məlumat yayıb.
“Aramızda Yeni il günü "Olivye" salatını hazırlamayan və yeməyən varmı, bilmirəm. Onu bütün ailə birlikdə hazırlayırıq, özü də çox. Yalnız Yeni il süfrəsi üçün deyil, sonrakı bir neçə gün üçün də kifayət edir" - Zaxarova Yeni il süfrəsi üçün nə bişirəcəyi barədə sualı cavablandırarkən deyib.
Onun fikrincə, salat Yeni il gecəsi deyil, yanvarın 1-i və hətta yanvarın 2-si səhər saatlarında daha dadlı olur.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi jurnalistlərə onu da deyib ki, bayramı Moskva və Moskva ətrafında ailəsi və dostları ilə birlikdə qeyd edəcək.