RUSİYA

Rusiya XİN-in rəsmisi Putinin duel təklifinə Qərbin reaksiyasını şərh edib

Zaxarova, Rusiya liderinin "Oroşnik" ilə duel barədə dediklərindən sonra Qərbi düşünməyə çağırıb.
Sputnik
BAKI, 22 dekabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında Rusiya prezidenti Vladimir Putinin "Oreşnik" və Qərbin hava hücumundan müdafiə sistemlərinin duelini keçirmək təkliflərinə Qərb ölkələri ictimaiyyətinin reaksiyasını şərh edib.
O, Qərb ölkələri liderlərinin "Rusiya ərazisinin dərinliklərinə" zərbələrin endirilməsi ilə bağlı fikirlərinə xatırladıb və onların başqalarına təklif etdikləri şəraitdə yaşamağın necə bir şey olduğunu düşünməyə çağırıb:

"Rusiyanı strateji məğlubiyyətə uğratmaq" ritorikası heç də hipotetik fərziyyə deyil. Bu, NATO üzvlərinin şüurunda kök salıb. Məhz bu doktrina üçün milyardlar ayrılır. Başqalarına təklif olunan şəraitdə yaşamağın necə bir şey olduğunu qoy düşünsünlər".

Xatırladaq ki, Rusiya prezidenti ilə birbaşa xətt dekabrın 19-da baş tutub.
Tədbir zamanı dövlət başçısı Ukraynanın xarici tərəfdaşlarını məhvetmə hədəfini müəyyənləşdirməyə və bütün hava hücumundan müdafiə sistemlərini orada cəmləşdirməyə dəvət edib. Rusiya qoşunları da öz növbəsində "Oreşnik"in köməyi ilə hədəfə zərbə endirəcəklər. Onun sözlərinə görə, o zaman Qərb texnologiyasının Rusiya Federasiyasının ən son raket sisteminə müqavimət göstərməyə qadir olub-olmadığını öyrənmək mümkün olacaq.