BAKI, 21 dekabr — Sputnik. Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Prezident Vladimir Putinlə birbaşa xəttin nəticələrinə dair bir neçə açıqlama verib. O, Ukraynadakı vəziyyətə xüsusi diqqət yetirərək, ölkənin "qeyri-qanuni qüvvələr" tərəfindən idarə olunduğunu qeyd edib.
Bu barədə siyasətçi öz "Telegram" kanalında yazıb.
Volodinin fikrincə, əsas məsələ - məhz kiminlə danışıqlar aparılacağı həll olunmayana qədər siyasi danışıqlarla bağlı söhbətlər mənasızdır. Rusiya lideri bildirib ki, Vladimir Zelenskinin dövlət başçısı kimi səlahiyyətləri başa çatıb və o, Ukrayna xalqını təmsil edə bilməz. Dövlət Duması da bu fikirlə razıdır.
"Bu gün Ukraynada legitim dövlət başçısı yoxdur. Silahlı qüvvələrə əmrləri hakimiyyəti ələ keçirən şəxs verir. Ona görə də Ukraynada seçkilər keçirmək lazımdır ki, vətəndaşlar kimin prezident olacağını müəyyən etsinlər", - Volodin vurğulayıb.
Xatırladaq ki, Vladimir Putin yekun mətbuat konfransı zamanı demişdi ki, əgər Ukraynanın birinci şəxsi qeyri-legitimdirsə, deməli, bütün hökumət qeyri-legitimdir.