BAKI, 21 dekabr - Sputnik. Nigeriyada əhaliyə ərzaq paylanması zamanı baş verən iki hadisə zamanı uşaqlar da daxil olmaqla ən azı 27 nəfər ölüb. Bu barədə RİA Novosti “Punch” qəzeti və “Vanguard” məcmuələrinə istinadən məlumat yayıb.
"Federal Paytaxt Ərazi Polis Komandanlığı Abujanın Maitama şəhərindəki Müqəddəs Üçlük Katolik Kilsəsində yemək paylanması zamanı baş verən izdihamda dörd uşaq da daxil olmaqla on nəfərin öldüyünü təsdiqləyib", - "Punch" qəzeti polisə istinadən xəbər verib.
Polis həmçinin hadisə zamanı yaralanan səkkiz nəfərdən dördünün artıq yardım aldığını və evə buraxıldığını, daha dördünün isə xəstəxanada qaldığını bildirib.
Eyni zamanda Vanguard yazır ki, ölkənin cənubundakı Anambra əyalətinin Okija şəhərində Milad bayramı ərəfəsində əhaliyə düyü paylanması zamanı yaranan izdihamda 17 nəfər ölüb, qurbanların dəqiq sayı açıqlanmayıb.
Cümə axşamı səhər saatlarında Punch polisə istinadən xəbər verib ki, Nigeriyanın Oyo əyalətində Milad şənliyində baş verən izdihamda 35 uşaq həlak olub.
Bundan sonra yerli Uni xalqının keçmiş kraliçası, tədbirin baş sponsoru olmuş Naomi Silekunola, tədbirin keçirildiyi məktəbin direktoru və bir neçə nəfər saxlanılıb.
Nəşr yazır ki, bədxah bayram tədbiri beş min uşaq üçün nəzərdə tutulubmuş, lakin ora gələnlərin sayı 7,5 min nəfəri keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.