"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilərək əsgərlik yaşı azaldılır.Buna uyğun olaraq bir sıra müvafiq qanunvericilik sənədlərində də dəyişiklilər edilir. Beynəlxalq təcrübə nəzərə alınaraq,"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan yaş həddi 35-dən 30-a endirilməsi ilə bağlı zəruri dəyişikliklər edilir. Bu dəyişiklik çox mütərəqqi bir dəyişiklikdir və bu sahədəki islahatların gedişində davamı da ola bilər. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalı idilərsə, və bu dəyişiklik qəbul olunub işə düşdükdən sonra isə həmin şəxslər 30 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılacaqlar. Beləliklə, bu dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış 18 yaşından 35 yaşınadək yox, hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək kişi cinsli vətəndaşlara şamil olunacaq. Rəsmi məlumatlara görə 2020-2024-cü illər ərzində hər il üzrə 30-35 yaşlı çağırışçılar ümumi resursun 0,2-0,3 faizini təşkil edib. Deməli sözügedən dəyişiklik çağırış resursuna ciddi təsir göstərməyəcək", - deyə Əli Məsimli bildirib.
"Sadalanan dəyişikliklər səfərbərlik sisteminin səmərəliliyini artırmaq məqsədininə xidmət edir.Sözügedən dəyişikliklər bu sahədə atılan mühüm addımlar kimi ölkəmizdə hərbi xidmətlə bağlı islahatların genişləndirilməsinə yol açacaqdır", - deyə deputat bildirib.