BAKI, 20 dekabr — Sputnik. İki övladı olan şəxslərin hərbi xidmətə aparılmaması təklif olunub.
Bunu deputat Siyavuş Novruzov parlamentin plenar iclasında "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda üç uşağı olan şəxslər hərbi xidmətə çağırılmır: "Bu məsələ iki uşağı olan şəxslər üçün də keçərli olmalıdır. Onsuz da həmin şəxslərin sayı elə də çox deyil. Gələcəkdə bu məsələyə baxılmalı olduğunu düşünürəm".