BAKI, 16 dekabr — Sputnik. Ukraynada sülhün bərqərar olmasının vacibliyini bəyan edən Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf bu müraciəti ilk növbədə öz ölkəsinin hökumətinə etməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Əgər səfir Lambsdorfa kimisə sülhə çağırmaq lazımdırsa, bu, ilk növbədə Almaniya hökumətidir. İkinci növbədə, bu çağırış aqressiv ritorikada boğulan və Vladimir Zelenskiyə dəlilər kimi hərbi yardım göndərilməsi ilə bağlı qərarlar verən Aİ və NATO rəhbərliyinə ünvanlanmalıdır" - o, özünün "Teleqram" kanalında yazıb.
Zaxarova onu da qeyd edib ki, Almaniya Ukrayna münaqişəsində fəal qüvvələrdən biridir. Ukrayna böhranının sülh yolu ilə həlli və bununla bağlı danışıqlar isə Böyük Britaniya və ABŞ-ın təzyiqindən sonra Ukrayna tərəfi tərəfindən əngəllənib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, ölümlərə görə məsuliyyət silah tədarükünü davam etdirməklə münaqişəni gücləndirən kollektiv Qərbin çiynindədir.
Bundan əvvəl Zaxarova ABŞ-ın Ottava Konvensiyasını pozaraq Kiyevə minalar verdiyini bəyan etmişdi.