CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 14 dekabr – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 14 dekabr — Sputnik. Dekabrın 14-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 14-də kimlər anadan olub?
Rəşid Behbudov (1915-1989) - Azərbaycan estrada və opera müğənnisi, aktyordur. O, 1966-cı ildə Azərbaycan Mahnı Teatrını (hazırda onun adını daşıyır) təşkil edib və ömrünün sonuna kimi Teatrın rəhbəri olub.
Rəşid Behbudov
Xudu Məmmədov (1927-1988) - Azərbaycan alimi, Azərbaycan Elmlər Akademiyasının akademiki, geologiya-mineralogiya elmləri doktoru və professordur.
Əliyar Əliyev (1957-1992) - Azərbaycanın Milli Qəhrəmanıdır.
Azərbaycanın Milli Qəhrəman Əliyar Əliyev, arxiv şəkli
Mişel Nostradamus (1503-1566) - Fransa astroloqu, həkimi, əczaçı və kimyagəridir.
VI Corc (1895-1952) - Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının və 11 dekabr 1936-cı ildən 6 fevral 1952-ci ildə vəfat edənə qədər Britaniya Birliyinin Dominionlarının kralıdır. O, Vindzorlar sülaləsindəndir. VI Corc Hindistanın sonuncu imperatoru (22 iyun 1948-ci ilədək), İrlandiyanın sonuncu kralı (18 aprel 1949-cu ilədək) və Millətlər Birliyinin birinci sədri olub.
Rac Kapur (1924-1988) - Hindistan teatr və kino aktyoru, rejissoru və prodüseridir. Onun əsl adı Ranbir Rac Kapurdur.
Rac Kapur
Dekabrın 14-də dünyada baş verən tarixi hadisələr
1900-cü ildə alman fiziki Maks Plank kvant nəzəriyyəsini təqdim edib.
1911-ci ildə norveçli səyyah Rual Amundsenin ekspedisiyası ilk dəfə olaraq Cənub qütbünə çatıb.
1913-cü ildə Krit adası Yunanıstan tərəfindən rəsmən anneksiya olunub.
1939-cu ildə SSRİ Finlandiyaya qarşı müharibəyə başladığına və hərbi əməliyyatların dayandırılması təkliflərini rədd etdiyinə görə Millətlər Liqasından çıxarılıb.
1960-cı ildə UNESCO-nun Təhsildə ayrı-seçkiliyə qarşı Konvensiyası qəbul edilib.
2004-cü ildə Fransada ən hündür Viyaduk Miyo körpüsünün açılışı olub. Hündürlüyü 343 metr olan körpünün uzunluğu 2460 metrdir.