RUSİYA

Krasnodarda məktəblilərə hücum edən şəxsin valideynləri Rusiyadan qovulacaq

Prikubansk Rayon Məhkəməsi Ermənistan vətəndaşlarını Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Krasnodarın Prikubansk Rayon Məhkəməsi Krasnodarda məktəbliləri bıçaqlayan yeniyetmənin valideynlərini Rusiyada qalma rejimini pozmaqda təqsirli bilib. Ermənistan vətəndaşı olan hər iki valideynin cərimələnməsi və ölkədən qovulması ilə bağlı qərar qəbul olunub. Hər iki valideyn qərar icra olunanadək Müvəqqəti Saxlama Mərkəzinə yerləşdiriləcək.
Xatırladaq ki, dekabrın 6-da axşam saatlarında Krasnodardakı 94 saylı məktəbin filialında münaqişə zəminində iki yeniyetmə bıçaqlanıb. Rusiya prezidentin uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın sözlərinə görə, 4 uşaq xəstəxanaya yerləşdirilib. İstintaqçılar səhlənkarlıq və xuliqanlıq maddələri ilə cinayət işi açıblar. Regional əməliyyat qərargahının daha sonra aydınlaşdırdığı kimi, xəsarət alan uşaqların hamısı xəstəxanadan buraxılaraq ambulator müalicəyə aparılıb. Hadisənin Ermənistandan olan uşağın törətdiyi müəyyənləşdirilib.
İstintaqın həbsə dair müraciyyətinə baxmayaraq, məhkəmə ona qarşı müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə azadlıqda qalmasına dair qərar çıxarıb. Faktla bağlı istintaq davam edir.