İDMAN

Yeni dünya çempionu: şahmat tacının yeni sahibini tanıyın

Hindistanlı Domaraju Qukeş şahmat tarixində ən gənc dünya çempionu olub.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Hindistanlı qrossmeyster Domaraju Qukeş norveçli Maqnus Karlsenin yaş rekordunu yeniləyərək şahmat üzrə yeni dünya çempionu olub.
O, dünya şahmat tacı uğrunda görüşdə son 14-cü oyunda qazandığı qələbə sayəsində keçmiş dünya çempionu çinli Dinq Liren üzərində 7,5:6,5 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, məhz hindistanlı qrossmeyster bu görüşün favoriti adlandırılıb, xüsusən də çinli qrossmeysterin son vaxtlar son dərəcə zəif oyun nümayiş etdirərək dünya reytinq cədvəlində ilk iyirmilikdən düşdüyünü nəzərə alsaq. Lakin o, qarşılaşma zamanı hindistanlı gəncə layiqli müqavimət göstərə bilib.
Xüsusən də matçın açılış oyununda qalib gələn Liren birinci olub. Qarşılaşma zamanı Qukeş görüşdə bir neçə dəfə hesabı bərabərləşdirməyə nail olub və son 14-cü oyunda hindistanlı qrossmeyster qələbəni qoparıb.
Qukeş 18 yaşında bu titulu qazanaraq şahmat tarixində ən gənc dünya çempionu olub. Bundan əvvəl rekordçu 23 yaşında titulu qazanan norveçli, dünya reytinqinin lideri Maqnus Karlsen idi. Eyni zamanda, Qukeş dünya çempionu olan ikinci Hindistan şahmatçısıdır. Şahmat üzrə ilk hindistanlı dünya çempionu isə Vişvanatan Anand olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.