"COP29-da inkişaf etməkdə olan ölkələrə illik rekord məbləğdə 300 milyard dollarlıq iqlim maliyyəsi təqdim etmək barədə qərar qəbul olunub. Əldə edilən razılaşmalar, dəstəklənən təşəbbüslər və qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi və qlobal iqlim gündəmi üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın sədrliyi ölkəmizə qarşı genişmiqyaslı, əsassız kampaniyaya və hətta dünya ictimaiyyəti üçün belə mühüm hadisəni boykot etməyə çağırışlara baxmayaraq bir daha güclü siyasi iradənin və peşəkarlığın mövcudluğunu nümayiş etdirdi ki, bu da konfransın layiqli səviyyədə keçirilməsinə, mühüm nəticələrə və çoxtərəfli danışıqlarda irəliləyiş əldə etməyə imkan verdi. Fürsətdən istifadə edərək, Birlik ölkələrinin nümayəndə heyətlərinin fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə əvəzsiz töhfələrinə görə Azərbaycan hökuməti adından minnətdarlığımı bildirirəm. Ayrı-ayrılıqda, Rusiya Federasiyasının nümayəndə heyətinin başçısı kimi COP29-da şəxsi fəal iştirakına görə Mixail Vladimiroviçə təşəkkür etmək istərdim".