BAKI, 9 dekabr — Sputnik. Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri dünyasını dəyişib. Sputnik Azərbaycan-a bu barədə məlumatı Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələq bölməsinin rəhbəri Ramil Zeynallı verib.
O, bildirib ki, dünən gecə saatlarında partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib. Bununla da partlayışda vəfat edənlərin sayı ikiyə çatıb.
Onun sözlərinə görə, A.Əliyevin bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi isə Yeni Klinikada davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdlü Ramin Əliyev xəstəxanada vəfat edib. Faktla bağlı araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.