DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Suriyanı tərk edən Bəşər Əsəd Bayden və Trampla əlaqə qurmağa cəhd edib

Siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də Dəməşqdə yoxdur.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Suriya prezidenti Bəşər Əsəd Dəməşqdə deyil.
CNN öz mənbələrinə istinadla xəbər verib ki, siyasətçinin ofisinin təkzibinə baxmayaraq, dövlət başçısı şəhərdə ola biləcəyi yerlərin heç birində yoxdur.
Bundan başqa, adətən siyasətçini qoruyan və səfələri zamanı onu müşayiət edən mühafizəçilər də yoxdur.
“Bu səbəbdən Əsədin qaça biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxmağa başlayıb. Müxalif qüvvələr Əsədin harada olması barədə etibarlı məlumatlara malik deyillər və onu tapmaq üçün cəhdlərini davam etdirirlər” - məlumatda deyilir.
Eyni zamanda Livan hakimiyyəti Suriya ilə sərhəddəki Əl-Məsna keçid məntəqəsini müvəqqəti bağlayıb.
Suriya prezidenti Bəşər Əsəd vasitəçilərlə Amerikanın hazırkı administrasiyası və ABŞ-nin yeni seçilmiş lideri Donald Trampla əlaqə saxlamağa çalışıb.
DÜNYA XƏBƏRLƏRİ
Müxalifət Dəməşqi ələ keçirib, Bəşər Əsəd ölkəni tərk edib