RUSİYA

Rusiya XİN Bəşər Əsədin prezident postunu və Suriyanı tərk etdiyini açıqlayıb

Rusiyanın Suriyadakı hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.
Sputnik
BAKI, 8 dekabr - Sputnik. Suriyada baş verən dramatik hadisələri hədsiz narahatlıqla izləyirik.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bildirilib ki, Bəşər Əsəd Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir sıra iştirakçıları ilə apardığı danışıqlar nəticəsində prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi barədə göstəriş verərək, ölkəni tərk edib.
"Rusiya bu danışıqlarda iştirak etməyib. Eyni zamanda, biz bütün tərəfləri zorakılıqdan əl çəkməyə və bütün idarəetmə məsələlərini siyasi vasitələrlə həll etməyə inandırıcı çağırışla çağırırıq.
Bununla əlaqədar Rusiya Federasiyası Suriya müxalifətinin bütün qrupları ilə təmas saxlayır.
Biz Suriya cəmiyyətindəki bütün etno-konfessional qüvvələrin fikirlərinə hörmət etməyə çağırırıq və BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul etdiyi 2254 saylı qətnamə əsasında inklüziv siyasi prosesin qurulması səylərini dəstəkləyirik.
Ümid edirik ki, bu yanaşmalar BMT və bütün maraqlı oyunçular tərəfindən, o cümlədən BMT Baş Katibinin Suriya üzrə xüsusi nümayəndəsi Helmet Pedersenin Suriyalararası inklüziv danışıqların təcili təşkili təşəbbüsünün həyata keçirilməsi kontekstində nəzərə alınacaqdır.
Eyni zamanda Suriyadakı vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər görülür.
Rusiyanın Suriyadakı hərbi bazaları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda onların təhlükəsizliyinə ciddi təhlükə yoxdur" deyə Rusiya XİN-nin bəyanatında qeyd olunub.
DÜNYA XƏBƏRLƏRİ
Türkiyə Bəşər Əsəd rejiminin süqutunu təsdiqlədi: "Suriyanın yenidən inşasına çalışacağıq"