DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Oğrular 2 min piroq olan mikroavtobusu oğurlayaraq şirniyyatı yararsız hala salıblar

İngiltərədə oğrular qiyməti baha olan 2,5 min ədəd Milad piroqlarını oğurlayaraq qaçıblar.
Sputnik
BAKI, 8 dekabr — Sputnik. Böyük Britaniyada oğurlanan bir neçə min ədəd bahalı piroqu hazırlayan aşpaz işin nəticəsindən məyus olub: piroqlar yararsız hala salınıb.
Bu barədə xarici KİV məlumat yayıb.
İki restoranın sahibi Tommi Benks və aşpaz dekabrın 2-də sosial şəbəkələrdəki səhifələrində naməlum şəxslərin Yorkda Milad yarmarkasına getməyi nəzərdə tutulan imzalı bahalı piroqlarla dolu olan mikroavtobusu oğurladığını bildirib. O bildirib ki, mikroavtobusun içərisində ümumi dəyəri təxminən 25 min funt-sterlinq (3,3 milyon rubl) olan 2,5 min piroq olub.
Bunlar iki növ içliliyi olan kiçik şəkərli piroqlardır - mal əti ilə el (pivə növü), hinduşka ilə balqabaq. Benks polisə müraciət edərək həmçinin oğrulara belə müraciət edib.
"Bu piroqlarla heç nə edə bilməzsiniz, çünki onların üzərində mənim adım qeyd edilib. Bilirəm ki, siz cinayətkarsınız, ancaq Milad bayramı yaxınlaşdığına görə bəlkə özünüzdə yaxşı bir şey etmək üçün güc toplaya bilərsiniz. Oğurladığınız piroqlarla bir neçə min insanı yedizdirə bilərik. Doğru olanı edin", Benks qeyd edib.
Lakin oğrular Benksın istəyinə cavab verməyiblər. Dekabrın 3-də mikroavtobus Midlsboro şəhərində, oğurluq hadisəsi baş verən yerdən təxminən 50 kilometr aralıda, oğurlanmış nömrə nişanları ilə tapılıb. Mikroavtobusun özü zədələnib. Oğrular mikroavtobusun içərisində "istehlak üçün yararsız" olan piroqları atıb qaçıblar. Hazırda polis araşdırmalarını davam etdirir və hələlik heç bir şübhəli şəxs müəyyən edilməyib.
Bu yaxınlarda bildirilib ki, ingiltərənin aparıcı pendir satışı şirkətindən 950 baş çeddar - 22 ton seçilmiş pendir oğurlanıb. Artıq bir şübhəli şəxs həbs edilib.