BAKI, 6 dekabr — Sputnik. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko və İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Taxt-Rəvançi müxtəlif səviyyələrdə qarşıdan gələn təmasların cədvəlini müzakirə edib və Moskva ilə Tehran arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Moskvada ikitərəfli məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.
"Moskva və Tehran arasında artıq razılaşdırılmış rəsmiləşdiriləcək yeni əsas dövlətlərarası saziş çərçivəsində strateji tərəfdaşlığı daha da gücləndirmək niyyəti təsdiqlənib", - XİN-dən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, tərəflər ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.
"Rusiya-İran qarşılıqlı fəaliyyətinin ticarət-iqtisadi komponentinə və nəqliyyat və enerji sahələrində iri birgə infrastruktur layihələrinin həyata keçirilməsinə xüsusi diqqət yetirilib, müxtəlif səviyyələrdə, ilk növbədə, ən yüksək səviyyədə qarşıdan gələn təmasların qrafiki nəzərdən keçirilib", - məlumatda bildirilib.
Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl bildirmişdi ki, İran prezidenti Məsud Pezeşkianın Rusiyaya səfəri Rusiya prezidenti Vladimir Putinin ilin sonuna qədər planlaşdırdığı proqramda deyil, lakin hazırlıq davam edir, çünki Moskva və Tehran hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanmasını təxirə salmaq niyyətində deyillər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.