YAZARLAR

"Başqa yol qalmadı". Makron kəskin addımlara hazırlaşır

Fransa hakimiyyəti ən böyük böhranlardan birini yaşayır. Parlament Mişel Barnye hökumətinə qarşı etimadsızlıq votumu qəbuk edib. Nazirlər gedir, büdcə isə hələ də qəbul edilməyib.
Sputnik
Viktor Jdanov
Çətin sual
Cəmi 90 gün fəaliyyət göstərən Mişel Barnye hökuməti beşinci respublika tarixində ən qısa ömürlü oldu. 1962-ci ildən bəri ilk dəfədir baş nazir parlamentin etimadsızlıq göstərməsi nəticəsində Matinyonu tərk etmək məcburiyyətində qalır. Əvvəlcədən söz verdikləri kimi, səsvermənin təşəbbüskarı qismində "Yeni Xalq Cəbhəsi"dən (YXC) olan solçuları çıxış etdi. Onlara "Milli Birlik"dən (MB) olan sağçılar dəstək verdi. Beləliklə, iki ən böyük fraksiya lazımi səs çoxluğu qazandı. 577 deputatdan 331 nazirlər kabinetinin istefasının lehinə səs verdi.
Parlamentarilər xəbərdarlıq etmişdi ki, ölkə büdcəsi qanunverici hakimiyyətin rəyi nəzərə alınmadan qəbul olunduğu təqdirdə, hökumətin istefası tələbi ilə səsvermənin keçirilməsi qaçılmaz olacaq. Ötən həftə Barnye vergiləri artırmamağ tələbi ilə razılaşdı və güzəştə getməyə davam etməsi ehtimalı var idi. Bazar ertəsi isə baş nazir bildirib ki, Konstitusiyanın 49.3-cü maddəsini əsas tutaraq deputatların rəyinə rəğmən sənədi təsdiq edəcək. Beləliklə də o öz taleyini müəyyənləşdirdi.

"MB və YXC, səslərini ölkədəki sabitliyi pozmaq üçün birləşdirib", - deyə İqtisadiyyar naziri Antuan Arman bildirib.

Hökumət hələ də özünün haqlı olduğuna inanaraq xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutan büdcə layihəsini düzgün hesab edir.

"Parlamentdəki makronçular da müxalifətin hərəkəindən qəzəblənib. "Nə planlaşdırdılar? Əslində-heç nə. Onlar sadəcə xaos strategiyasını tətbiq edirlər", - deyə "Dirçəliş" fraksiyasının üzvü Jan-Rene Kaznev opponentləri günahlandırıb.

Fransızların əksəriyyəti hökumətin buraxılmasını dəstəkləyib. Toluna Harris Interactive (THI) araşdırma şirkətinin apardığı sorğuya görə, vətəndaşların 53%-i hökumətə etimadsızlıq göstərilməsini dəstəkləyir. Buna rəğmən, onların bir qismi ölkə üçün mümkün nəticələrdən ehtiyatlanır. Respondentlərin 82%-i gələcək üçün qorxur. İlk növbədə iqtisadi və siyasi vəziyyət, habelə həll olunmamış büdcə məsələsi narahatlıq doğurur.
Vicdan qısqanclığı
Sistem böhranı Makronu, yanğından sonra bərpa olunan Notre-Dame kilsəsinin açılışı ərəfəsində yaxaladı. Mərasimə ABŞ-ın seçilmiş prezidenti Donald Tramp da daxil olmaqla 50-dən çox xarici dövlət və hökumət başçısı gələcək. Fransanın heç də yaxşı durumda olmaması qəbulun təntənəsinə kölgə salacaq. 2024-cü ilin büdcə kəsiri ÜDM-in altı faizini təşkil edəcək.
Siyasi parçalanma respublikanı çıxılmaz vəziyyətə salıb. Sağ və sol qüvvələr iqtisadi tənəzzülün sona çatması üçün birləşə bilmirlər. Oxşar vəziyyət Fransadan başqa parçalanmış koalisiyanın hakimiyyətdə olduğu Almaniyada da mövcuddur.
Fransa dövlətinin başçısı üçün isə vəziyyət karyerası müddətində ən acınacaqlı həddədir. RN parlament fraksiyasının lideri Marin Le Pen üç ay əvvəl dəstəkləiyi hökumətə qarşı çıxıb. Dövlət başçısını birbaşa istefaya çağırmasa da, siyasətçi Makronu ölkədəki vəziyyətə görə cavabdeh adlandırıb.
Le Penin sözlərinə görə, qəbul olunacaq qərarı ona "vicdanı diktə etməlidir" və prezident Fransanın taleyi ilə öz qüruru arasında seçim etməlidir.

"Mövcud xalq etimadsızlığını gərməzdən gəlməyin mümkün olub olmamsı arasında seçimin edilməsi hüququ onun (Makronun) özündən asılıdır. Bununla yanaşı mən hesab edirəm ki, bu etimadsızlıq artır dönməz xarakter alıb", - deyə Le Pen bildirib.

Sorğu göstərir ki, fransızların 64% - i Makronun getməsini dəstəkləyir, solçular isə birmənalı şəkildə onun istefasını tələb etdilər.
"Bu xaosu Macron yaratdı. Fransızları yoxsullaşmasına, təhsili və səhiyyənin məhvinə görə o məsuliyyət daşıyır. Etimadsızlıq bu gün Macron siyasətinin özünü məğlub edib. Onun ən varlıların xeyrinə yönəlmiş siyasəti bitməlidir. Artıq başqa həll yolu yoxdur: Makronun getməsini tələb edirik", - deyə parlamentdəki "Fətholunmaz Fransa" fraksiyasının lideri Matilda Pano bildirib.
Vaxt tükənir
Le Pen xəbərdar edib ki, partiyasının yeni baş nazirlə bağlı "bir sıra tələbi" var. Buna baxmayaraq, o gələcək hökumətlə əməkdaşlıq etməyə hazırdır.
"Biz yeni baş nazirə işləmək imkanı verəcəyik. Biz "Milli birlik" ilə yanaşı, hamı üçün məqbul hesab oluna biləcək büdcə ilə bağlı Parlamentdə təmsil olunan bütün qüvvələrlə əməkdaşlıq etməyə hazırık. Fransızlar üçün məhz belə büdcə tətbiq olunmalıdır", - deyə o, Fransanın TF1 telekanalının efirində bildirib.
MDBMİ-nin Avropa hüququ kafedrasının dosenti Nikolay Topornin hesab edir ki, solçu və sağçıların təmsil olunacağı yeni nazirlər kabinetinin yaradılması olduqca çətin görünür.
"Onlar parlamentdə çoxluğa malikdirlər və birləşdikləri halda istənilən namizədlərini irəli sürə bilərlər. Lakin, çox güman ki, tərəflər razılığa gələ bilməyəcəklər. Amma bunu tamamilə istisna etmək də düzgün olmaz", - deyə politoloq RİA Novosti ilə söhbətdə bildirib.
Yeni sabit hökumət qurulmasa, Makron gələn il növbədənkənar parlament seçkilərini elan edəcək. Buna rəğmən, onların 2025-ci ilin ikinci yarısından əvvəl təyin olunması mümkün deyil. Qanunvericilik prosedurana əsasən, bunun üçün son səsvermədən azı bir il keçməlidir.

"Prezidentin özünə gəldikdə, o, artıq Barnyenin istefasının ona təsir etməyəcəyini söyləyib. Macron özünü fransızların əksəriyyəti tərəfindən seçilmiş hesab edir. İkinci müddətini yekunlaşdıracaq və səlahiyyəti bitdikdən sonra siyasi arenanı tərk edəcək.Bütövlükdə isə, Fransa üçün çətin günlər gəlir. Büdcə öz-özünə doldurulmayacaq. Hər halda ölkəni idarə etmək və problemləri birtəhər həll etmək lazımdır. Bununla yanaşı, ABŞ-da büdcə kəsiri daha böyükdür. Amma Amerika iqtisadiyyatında ciddi səhvlər yoxdur. Mövcud problemlər aradan qaldırıla bilər. Fransada isə siyasi qüvvələrin tamamilə fərqli bir tənzimləməsini görürük", - deyə Topornin qeyd edib.

Erkən seçkilər problemləri həll etməyəcək, çünki onların nəticələri Makron üçün daha da pis ola bilər. Bu fikri REA-nın IMEMO institutunun baş elmi işçisi Arina Preobrazhenskaya bildirib.
O qeyd edib ki, bu hərəkətlərlə "Le Pen seçicilərə əsas siyasi qüvvə olduğunu, ölkədə hökumətin mövcudluğunu müəyyənləşdirmək imkanına sahib olduğunu və işçilərin hüquqları uğrunda mübarizə apardığını göstərdi".
Siyasi konsensusa nail olmaq üçün güzəştlər getmək lazımdır, amma hazırda bunun üçün pul yoxdur. Ekspertlər qeyd edirlər ki, nəzəri cəhətdən Makron solçu siyasətçini təyin edə bilər, amma sonra onun iqtisadi xətti ilə ziddiyyət qaçılmazdır. Bu texniki hökumətin yaradılması üçün ən məqbul variantı. İstəniln halda Fransa lideri tərəddüd etmək niyyətində deyil. İlin sonuna qədər büdcəni qəbul etməli və iqtisadiyyatın pisləşməsinin qarşısını almalıdır. Bunun üçün imkanlar hər ötən gün daha məhdudlaşır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.