"Görüşümüzün beynəlxalq formatını nəzərə alaraq, AİK-nın nəzdində sənaye məhsullarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində vahid yanaşmaların hazırlanması məqsədilə Ekspert Məsləhət Şurasının yaradılmasını təklif edirəm. Bu addım sahə üzrə qanunvericilik bazasının yaradılmasını tamamlamağa imkan verəcək. Ekspertlər ictimai əsaslarla işləyəcək", - deyə Reznik "Antikontrafakt" beynəlxalq forumunda çıxışı zamanı bildirib.
""Dürüst işarə" mobil tətbiqindən istifadə etməklə malların qanuniliyi, tərkibi və mənşəyi barədə məlumat əldə etmək mümkündür. İndiyədək bu üsulla 249 milyondan çox məhsul yoxlanılıb və aşkar eriliş pozuntular barədə 187 min məlumat verilib. Bu hələ başlanğıcdır və bu istiqamətdə fəaliyyət fəal şəkildə inkişaf edir", - deyə Reznik bildirib.