DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Antalya sahillərində güclü zəlzələ baş verib

Zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.
Sputnik
BAKI, 4 dekabr — Sputnik. Türkiyənin Antalya bölgəsinin Qazipaşa rayonu sahillərində 4,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Aralıq dənizində 32,69 kilometr dərinlikdə baş verib və ətraf əyalətlərdə də hiss olunub.
İtki və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, 2023-cü ilin fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya da daxil olmaqla, digər qonşu ölkələrdə hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.
Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ Türkiyə iqtisadiyyatına 104 milyard dollar dəyərində ziyan vurub.