BAKI, 3 dekabr — Sputnik. Dekabrın 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 3-də kimlər anadan olub?
Roulend Hill (1795-1879) – İngiltərə ixtiraçısı və islahatçısı, müasir poçt xidmətinin yaradıcısıdır.
Mixail Koşkin (1898-1940) - Rusiya konstruktor mühəndisi, T-34 tankının yaradıcısı və ilk baş konstruktorudur.
Jan-Lük Qodar (1930-2022) Fransa kinorejissoru, kino tənqidçisi, aktyor, ssenarist və kino prodüseridir. Onun 1960-cı illərdə çəkdiyi filmlər dünya kino sənətinə inqilabi təsir göstərib.
Jan-Lük Qodar
© AP Photo / Jean-Jacques Levy
Nina Doroşina (1934-2018) - Rusiya teatr və kino aktrisasıdır. O, "Yaxşılıq etməyə tələsin", "Sevgi və göyərçinlər" və s. filmlərdə rol alıb.
Ozzi Osborn (1948) – İngiltərə rok musiqiçisi, müğənni, "Black Sabbath" qrupunun üzvü və yaradıcılarından biridir.
Ozzi Osborn
© Joel Ryan / Invision / AP
Culianna Mur (1960) – amerikalı aktrisa və yazıçıdır. O, "Oskar" mükafatı laureatıdır.
Culianna Mur
© Jordan Strauss / Invision / AP
Brendan Freyzer (1968) — ABŞ teatr və kino aktyoru, prodüserdir. O, "Oskar" və bir çox mükafatların laureatıdır. Aktyor daha çox "Mumiya", "Cunqliyalı Corc", "Mumiya qayıdır", "Yerin mərkəzinə səyahət" filmləri ilə tanınır.
Brendan Freyzer
© Jordan Strauss / Invision / AP
3 dekabr tarixində dünyada baş verən tarixi hadisələr
1586-cı ildə İngiltərəyə ilk dəfə Kolumbiyadan kartof gətirilib.
1967-ci ildə Cənubi Afrikanın Keyptaun şəhərində tibb tarixində ilk dəfə ürək transplantasiyası əməliyyatı həyata keçirilib. Həkim-professor Kristian Barnard ölümcül yaralanmış 25 yaşlı qadının ürəyini 55 yaşlı xəstəyə köçürüb. Əməliyyat uğurla başa çatıb.
1984-cü ildə Hindistanda kimya zavodunda baş verən qəzada 18 min insan həlak olub.
1992-ci ildə Beynəlxalq Əlillər Günü təsis edilib. Bu günün keçirilməsində məqsəd əlilliyi olan insanların problemlərinin həllinə ictimaiyyəti cəlb etmək, bütün əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsidir.
1996-cı ildə ATƏT-in Portuqaliyanın paytaxtı Lissabon şəhərində keçirilən sammitində təşkilatın iştirakçı dövlətləri (Ermənistan istisna olmaqla) Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün aşağıdakı prinsipləri razılaşdırıblar: Ermənistan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü; Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusunun verilməsi; regionda hər iki icmanın təhlükəsizliyinin təmin edilməsi.
2008-ci ildə Bakıda Avropa Şurası mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq – Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında Bakı Bəyannaməsi qəbul edilib. Konfransda ilk dəfə olaraq Avropa ölkələri ilə yanaşı müsəlman ölkələri də iştirak edib.