"Bilirəm ki, bu ilin sentyabrında Belqradda premyerası baş tutan film dünya ictimaiyyətində geniş əks-səda doğurub. Axı, heç kim baş verənlər haqqında düşüncələrə biganə qala bilməz. Dünyada getdikcə daha çox insanın Ukraynada Qərb elitaları tərəfindən açılan münaqişənin əsl mənşəyini anlaması vacibdir", - Putin bildirib.
"Mülki əhaliyə qarşı törədilən cinayətlərə, etnik, dini təmizləmələrə, terror hücumlarına və neonasistlər tərəfindən təşkil edilən cəza aksiyalarına haqq qazandırmaq üçün heç vaxt bəraət yoxdur və olmayacaqdır. Filmin görüntüləri bizə ümid verir, həmrəyliyi qoruyub saxlamaqla bərabər, biz əcdadlarımızın bizə miras qoyduğu ənənəvi mənəvi-əxlaqi dəyərlərə uyğun olaraq istənilən çağırışa layiqincə cavab verə biləcəyik", - Putin qeyd edib.