BAKI, 29 noyabr — Sputnik. ABŞ-da immiqrantlar yanvar ayında prezident seçkilərində qalib gələn Donald Trampın gəlişindən sonra gözlənilən kütləvi deportasiyaya hazırlaşırlar.
Bu barədə "RİA Novosti" "New York Times"a istinadən yazıb.
Bundan əvvəl Tramp qeyri-qanuni miqrantların kütləvi deportasiyası proqramını həyata keçirmək niyyətində olduğunu, bu proqramda fövqəladə vəziyyətin tətbiqi və hərbi resurslardan istifadənin nəzərdə tutulduğunu bildirmişdi.
Qeyd olunub ki, miqrantlar miqrasiya hüquqşünasları ilə fəal əlaqə saxlayır, həmçinin miqrasiya və deportasiya mövzularının qaldırıldığı qeyri-kommersiya təşkilatlarının müxtəlif toplantılarında iştirak edirlər. İnsanlar Trampın vəd etdiyi kütləvi deportasiya proqramından qorunmaq üçün hər cür tədbir görürlər.
"Yaşıl kartları, yəni ABŞ viza lotereyası olan insanlar mümkün qədər tez vətəndaş olmaq istəyirlər. Hüquqi statusu qeyri-müəyyən olanlar və ya ölkəyə qanunsuz daxil olanlar sığınacaq üçün müraciət etməyə çalışırlar. Çünki baxılan ərizənin olması belə onları deportasiyadan qoruyacaq. ABŞ vətəndaşları ilə münasibətdə olanlar isə tez evlənməyə çalışırlar ki, bu da onlara yaşıl kart üçün müraciət etmək hüququ verəcək" - nəşr yazıb.
Daha əvvəl Trampın başqa ölkələrdəki həbsxanalardan və ruhi xəstəxanalardan miqrantların ABŞ-a axışdığı barədə düşündüyü haqda məlumat verilmişdi.