"Bu, həm təhsil sisteminin keyfiyyətinin yüksəldilməsinə, həm də sosial ədalətin təmin edilməsinə yönəlmiş bir təşəbbüsdür. Qaydalarda da göstərilib, oxuduğu müddətdə qiymətləri 91 baldan yüksək olanlara götürdükləri təhsil haqqı krediti bağışlanır. Yaxşı oxuyan və əlaçı olan tələbələrin krediti bağışlanılıb", - deyə Kamran Əsədov bildirib.
"Bu addım yüksək nəticələr göstərən tələbələrin gələcəkdə daha rahat şəkildə karyera qurmasına imkan yaradır. Sosial ədalət və bərabər imkan prinsiplərini rəhbər tutaraq həyata keçirilən bu təşəbbüs təhsilin əlçatanlığını artırmaq məqsədini güdür. Kredit borcunun bağışlanılması ilə tələbələr təhsil sonrası maliyyə yükündən azad edilir və bu, onların iş həyatına daha güclü şəkildə başlamasına şərait yaradır. Bu da cəmiyyətə uzunmüddətli müsbət təsir göstərir. Çünki, yüksək təhsilli və motivasiyalı məzunlar əmək bazarının inkişafında mühüm rol oynayırlar".