YAZARLAR

Yaxın Şərqin üfüqündə yaranan işıq ucu sülh tərəfdarlarını ümidləndirir

İsrail-ərəb qarşıdurmasında sülhün bərqərar olması üçün real şans yaranıb ki, onun bərqərar olması tərəflərin əzmindən asılı olacaq.
Sputnik
BAKI, 27 noyabr — Sputnik. ABŞ prezidenti Co Bayden bildirib ki, İsrail və Hizbullah arasında dağıdıcı münaqişəyə xitam verilib. Məlumata görə tərəflər atəşkəs haqqında razılaşmaya gəliblər.
Bu gün səhərdən qüvvəyə minən razılaşmaya görə, tərəflər daimi atəşkəsin bərqərar olmasına tərəf çıxıblar. Baydenin verdiyi məlumata görə, növbəti 60 gün ərzində Livan ordusu ölkədəki vəziyyəti nəzarət altına götürməli, İsrail isə qoşunlarını geri çəkməlidir.
Razılaşmanın digər bəndinə əsasən Hizbullah dağıdılmış infrastrukturunu bərpa etməkdən vaz keçəcək. Sərhəd bölgəsini tərk etmək məcburiyyətində qalmış Livan və İsrail vətəndaşları isə öz evlərinə qayıdacaq.
Kim və hara qayıdacaq?
Qarşıdurmanın nəticələrinə nəzər saldıqda, yaşayış fondundakı vəziyyət diqqəti çəkir. Əgər İsrail tərəfində fondun dağıntılarını nisbətən qısa zaman ərzində bərpa etmək mümkündürsə, Livan ərazisindəki dağıntılar kifayət qədər böyükdür. Onların bərpası çoxlu vaxt və vəsait tələb edir.
Vaxt ilə bağlı hər şey aydın görünsə də, vəsaitin haradan əldə olunacağı diqqət cəlb edən məsələdir. Baydenin verdiyi açıqlamada bu məsələ qeyd olunmur ki, bu da bölgədə yeni narazılıqların və qarşıdurmanın yarana biləcəyindən xəbər verir.
Əsas suallar isə belə formalaşdırılır: Livana maddi və texniki yardım göstəriləcəkmi? Onların həcmi necə müəyyənləşdiriləcək? Yaşayış fondu bərpa olunana qədər əhaliyə yardım ediləcəkmi?
Bəs Qəzzanın aqibəti yaddan çıxdımı?
Bu sual da cavabını tələb edən məsələlər sırasındadır. Bölgədən alımam son məlumatlara görə, Həmasın rəhbərliyi də onlara ünvanlanmış təklifə müsbət cavab verib. Amma onlarla razılaşmanın hansı şərtlər əsasında əldə olunacağı hələ məlum deyil.
İstənilən halda, bölgə son bir il ərzində heç vaxt olmadığı qədər sülhə yaxınlaşıb. Onun əldə olunması və uzun müddət davam etməsi isə şərtlərin nə dərəcədə ədalətli olmasından asılıdır. Baydenin daha bir açıqlaması reallaşarsa, bu istiqamətdə də irəliləyiş əldə oluna bilər.

"ABŞ İsrail və Səudiyyə ərəbistanı arasındakı münasibətlərin normallaşmasına, hər iki ölkədə mövcud olan bir istəyə səbəb olmağa və iki dövlətin yaradılması əsasında bir həll yolu göstərməyə hazırdır", – deyə o bildirib.

Amma sonuncu məsələyə İsrail hökumətinin mənfi münasibətini nəzərə alındıqda, vəziyyətin sabitləşməsinə olan ümidlər bir qədər zəifləyir.
Buna rəğmən, Yaxın Şərqin üfüqündə bir işıq ucu yaranıb ki, onun parlamasına olan ümidlərin doğrulacağı arzu olunandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.