BAKI, 27 noyabr — Sputnik. London Qərb ölkələrinin anti-Rusiya siyasətində aparıcı rol oynayır. Bu barədə "RİA Novosti" Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın söylədiklərinə istinadən xəbər verib.
"Onlar ideoloji, siyasi, maliyyə, iqtisadi sahədə Qərbin anti-Rusiya siyasətində aparıcı rol oynayırlar. Bunu təkcə bizimlə etmirlər. Bu, onların həyat tərzidir. Onlar bir çox ölkələrin, maliyyəçilərin və iri sahibkarların şəxsi, dövlət aktivlərini ələ keçirir və dondururlar", - Zaxarova "Sputnik" radiosunda deyib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin vurğulayıb ki, iqtisadi müharibəni məhz Böyük Britaniya başladıb, Rusiya diplomatlarına qarşı təqiblərin təşəbbüskarı da sırf bu dövlət olub və London Rusiya diplomatlarının NATO ölkələrindən əsassız olaraq çıxarılmasında mühüm rol oynaylb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.