"Bütün bu amillər 2025-ci ilin dövlət büdcəsində, o cümlədən Dövlət Sosial Müdafiə Fondunun büdcəsində öz əksini tapır. 2025-ci ildə əhalinin əmək haqlarının, pensiyalarının və digər sosial ödənişlərin artırılmasının nəzərdə tutulması da bu baxımdan xüsusi vurğulanmalıdır. O cümlədən, Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir".
“Yaxşı olardı ki, aztəminatlı ailələrdə yeni doğulan körpələrə ən azı 6 ay ərzində dövlət hesabına uşaq qidaları verilsin. Çünki aztəminatlı ailələrin bu xərcini qarşılamaq üçün maddi imkanları məhduddur. Bir sıra ölkələrdə də belə bir təcrübə var. Bu məsələdə dövlətin yardımı həmin ailələrə sosial dəstək olmaqla yanaşı demoqrafik vəziyyətimizə də müsbət təsir göstərə bilər”.