BAKI, 26 noyabr — Sputnik. Noyabrın 26-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Noyabrın 26-da kimlər anadan olub?
Ferdinand Sossür (1857-1913) - İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi.
Ferdinand Sossür
© Photo : Public Domen
Norbert Viner (1894-1964) – ABŞ alimi, kibernetika və süni intellekt nəzəriyyəsinin banilərindən biridir.
Norbert Viner
© Photo : Public Domen
Marqarita Nazarova (1926-2005) - Rusiya sirk ifaçısı, heyvan təlimçisi və RSFSR xalq artistidir. O, "Pələng təlimçisi", "Zolaqlı reys", "Stüardessa" filmlərində rol alıb.
Marqarita Nazarova
© Photo : Public Domen
Tina Törner (1939-2023) - amerikalı müğənni və aktrisadır. O, səkkiz "Qremmi" mükafatı laureatıdır. Müğənni artistliyinə, temperamentinə və səhnə ekspressivliyinə görə "Rok-n-Roll kraliçası" titulunu alıb.
Tina Törner
© AP Photo / Ng Han Guan
Maksim Averin (1975) – Rusiya teatr və kino aktyoru, rejissor, teleaparıcı və RF əməkdar artistidir.
Maksim Averin
© Sputnik / Кирилл Каллиников
Marsi Volker (1961) - amerikalı serial aktrisasıdır. O, "Santa Barbara" serialında İden Kepvell rolunun ifaçısıdır.
26 noyabr tarixində dünyada baş verən tarixi hadisələr
1394-cü ildə Seul Koreyanın paytaxtı olub.
1924-cü ildə Monqolustan Xalq Respublikası elan edilib və yeni yaradılmış dövlətin ilk konstitusiyası qəbul olunub. Bu tarix Monqolustanın Müstəqillik Günü hesab olunur.
1965-ci ildə Fransanın ilk "Asteriks" peyki orbitə buraxılıb.
1976-cı ildə Nyu-Meksikoda yeni "Microsoft" ticarət markası qeydiyyata alınıb.
1991-ci ildə Azərbaycan Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) milli ərazi qurumu kimi ləğv edilib. Ali Sovet keçmiş DQMV-nin mərkəzi Stepanakertin adının Xankəndi adlandırılması, habelə müvafiq olaraq Mardakert və Martuni şəhərlərinin Ağdərə və Xocavənd şəhərlərinin tarixi adlarının bərpası haqqında qanun qəbul edib. Dağlıq Qarabağda Hadrut və Əsgəran rayonları ləğv edilib, onların ərazisi müvafiq olaraq Xocavənd rayonuna və yeni yaradılmış Xocalı rayonuna verilib. Ali Sovetin həmin iclasında Milli Şuranın daimi fəaliyyət göstərən parlament orqanının yaradılması haqqında qərar qəbul edilib.
1994-cü ildə Ümumdünya İnformasiya Günü təsis edilib. Bu gün dünyanın bir çox ölkələrində qeyd olunur.
1994-cü ildə Ümumdünya İnformasiya Günü təsis edilib.
2008-ci ildə Hindistanın Mumbay şəhərində törədilən terror aktları nəticəsində 175 nəfər (onlardan 9-u terrorçudur) həlak olub, 300-dən çox insan yaralanıb.