BAKI, 24 noyabr — Sputnik. Bəzi ekspertlərin Britaniyanın Ukraynadakı hərbi münaqişədə iştirak etməməsi ilə bağlı açıqlamaları gülməli olmadığı qədər təhlükəlidir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Telegram" kanalında yazıb.
Diplomat iki ay əvvəl ABŞ və Britaniya başçıları arasında aparılan danışıqlardan bir söhbəti misal çəkib. Dialoq zamanı ABŞ lideri Britaniyanın baş nazirinə "xoş gəlmisiniz, Ağ Evə geri dönüşünüz mübarək" söyləyib. Eyni zamanda, Zaxarova qeyd edib ki, Böyük Britaniyanın baş naziri Co Baydenin sözlərini bəyənərək başını tərpədib.
Həmçinin, ABŞ rəhbəri söhbət zamanı Ukraynadakı münaqişənin ehtimal olunan həllində "aparıcı roluna" görə Britaniyaya təşəkkür edib.
Bundan əvvəl Zaxarova Berlinin Avropada təxribat törətməkdə davam etdiyini söyləmişdi.