BAKI, 23 noyabr - Sputnik. Paris Ukrayna əsgərlərinə özünümüdafiə məqsədi ilə Rusiya ərazisinə zərbələr endirmək üçün Fransanın uzaqmənzilli raketlərindən istifadə etmək hüququ verib.
Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “BBC“yə müsahibəsində deyib.
Bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro “BBC“yə müsahibəsində deyib.
O qeyd edib ki, Parisin Rusiyaya qarşı uzaqmənzilli raket zərbələri “özünümüdafiə məntiqi ilə” həyata keçirilə bilər.
Nazir Fransa qoşunlarının Ukraynaya göndərilməsini də istisna etməyib. O həmçinin əlavə edib ki, Qərb müttəfiqləri Ukraynaya dəstəyini məhdudlaşdırmamalıdır.
XİN başçısı Ukrayna hərbçilərinin Fransanın uzaqmənzilli raketlərindən artıq istifadə edib-etmədiyinə dair məlumatları bölüşməyib.
Bu addıma Rusiyanın cavab reaksiyası gecikməyib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Fransa Rusiyaya hücum icazəsi ilə Ukraynanı məhv edir:
"Fransanın xarici işlər naziri Jan-Noel Barronun Rusiya ərazisinə uzaqmənzilli raketlərin atılmasına icazə verilməsi ilə bağlı açıqlamaları Ukraynaya dəstək deyil, onu məhv etmək xarakteri daşıyır".