BAKI, 23 noyabr — Sputnik. Avropa yeni qaz böhranı ilə üzləşir, qazın qiyməti 45% artıb.
Bu barədə "Qazeta.Ru" agentliyi "Bloomberg"ə istinadən xəbər verib.
"Sürətlə tükənən qaz ehtiyatları və Moskvadan tədarükün azalması Avropada iki il əvvəlki ən güclü sarsıntılardan hələ də qurtula bilməyən yeni enerji böhranı üçün zəmin yaradır", materialda deyilir.
İl ərzində qazın qiymətinin 45% artdığı qeyd edilir. Ekspertlərin fikrincə, Avropada qazın qiymətinin artım tempi 2022-ci ilə nisbətən aşağıdır, lakin vəziyyət təkrarlana bilər və Avropa İttifaqı (Aİ) istənilən qiymətə qaz almağa hazır olacaq.
Noyabrın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfindən "Qazprombank"a qarşı tətbiq edilən sanksiyalar Rusiya qazının Avropaya tədarükünün qarşısını almaq cəhdi sayıla bilər, nəticədə də cavab tərbirləri baş verir.
Xatırladaq ki, "Qazprombank" və "DOM RF", "Enerqotransbank", "BKS-bank", "Bratsk Xalq Bank"ı, "İturup Bank", "Kremlyovskİ Bank", "Sinara Bank", "Çentrokredit Bank" və s. banklar da daxil olmaqla, 100 fiziki və hüquqi şəxs ABŞ-ın yeni sanksiyalarına məruz qalıblar. Rusiya Bankının milli ödəniş sistemi departamentinin rəhbəri Alla Bakina, Rusiya Federasiyası Mərkəzi Bankının sədr müavinləri Vladimir Çistyuxin və Dmitri Tulinə də məhdudiyyətlər tətbiq edilib.
Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, Avropa Rusiya qazı olmadan donur.