BAKI, 22 noyabr — Sputnik. Rusiyanın nüvə doktrinasının dəyişdirilməsi, həmçinin "Oreşnik" hipersəs ballistik raketinin sınaqdan keçirilməsi Rusiya lideri Vladimir Putin tərəfindən zarafatyana atılan addımlar deyil. Qərb vəziyyətə ciddi yanaşmamalıdır.
Bunu Macarıstanın baş naziri Viktor Orban "Radio Kossuth"un efirində deyib.
"Bir gün əvvəl Putin vətəndaşlara müraciət etdi və açıq şəkildə bildirdi ki, onlar Ukraynaya uzaqmənzilli silah verən dövlətləri hərbi hədəf elan etmək hüququna malikdirlər. Rusiya kimi bir ölkə bu mövzuda nə deyirsə, o cür qəbul edilməlidir" - Orban bildirib.
Xatırladaq ki, noyabrın 21-də Vladimir Putin ən yeni orta mənzilli "Oreşnik" raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb. Rusiya liderinin sözlərinə görə, Dnepropetrovskda Rusiya Silahlı Qüvvələri Ukraynanın "Yujmaş" müəssisəsinə, xüsusən də raket istehsalı ilə məşğul olan müəssisəyə hücum edib.
Daha əvvəl Andrey Kartapolov bildirmişdi ki, Qərb Vladimir Putinin Rusiya raketləri ilə bağlı bəyanatından sonra qorxmalı və titrəməlidir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri vurğulayıb ki, Ukraynadakı xüsusi əməliyyat bütün verilən tapşırıqlar yerinə yetirilənə qədər öz başına davam edəcək.